Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Gimnastımız Dünya Kubokunun finalına yüksəlib

Xorvatiyanın Osij şəhərində idman gimnastikası üzrə Dünya Kuboku yarışları keçirilir.

Azərbaycan millisinin üzvü Nikita Simonov halqaların təsnifat mərhələsində parlaq çıxış edərək yarışın finalına yüksəlib.

Seçmə mərhələdən sonra Simonov dördüncü nəticə göstərib - 14,333 xal. Proqramın bu növündə ən yaxşısı 14.400 bal toplayan türkiyəli gimnast Adem Asil olub.

Qeyd edək ki, Nikita Simonov hazırda idman gimnastikası üzrə Dünya Kubokunun ümumi reytinq cədvəlinə başçılıq edir. Bu mövsümün əvvəlində Bakıda mərhələ adlayıb, həmçinin Almaniyanın Kottbus və Türkiyənin Antalya şəhərlərində keçirilən yarışlarda gümüş medallar qazanıb.