Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Yunan-Roma millimiz Avropa yenə də birinci olub

Nihat Məmmədli, Həsrət Cəfərov və Qurban Qurbanov AÇ-də qızıl medal qazanıb 

Slovakiyanın paytaxtı Bratislavada kişi və qadınlar arasında idman güləşi üzrə keçirilən Avropa çempionatı (Avro -2025) aprelin 13-də klassiklərin son yarış günü ilə başa çatıb. Qeyd edək ki, baş məşqçisi Aleksandr Tarakanov olan Azərbaycan millisi qazandığı 6 (3-1-2) medal və topladığı 151 xalla komanda hesabında Avropa çempionu adını qazanıb. Yiqmamiz bu nəticə ilə Avro-2025-dəki uğurunu təkrarlayıb. Komanda hesabında Türkiyə (110 xal) ikinci, Macarıstan (104;xal) üçüncü yeri tutub.

Yeri gəlmişkən, yığmamızın heyətində qızıl medalları Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qazanıb. Nihatla Həsrət ikinci dəfə Avropa çempionu adını qazanıb.

Ümumiyyətlə, Azərbaycan komandası bu çempionatda ümumilikdə 13 (4-2-7) medal qazanıb ki, bunlardan da 6-si (3-1-2) klassiklərin, 6-si (1-1-4) sərbəst güləşçilərin, 1-i (0-0-1) qadın yığmamizo aktivinə yazılıb.

Yeri gəlmişkən, Avro-2025-də Azərbaycanın sərbəst güləş üzrə yığma komandası da Avropanın birincisi olub.

İNTİQAM Məmmədov