Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Ağcabədidə “Şahin“ hərbi-idman oyununun rayon birinciliyi keçirilib +FOTO=77

10 aprel 2025-ci il tarixdə Ağcabədi Olimpiya İdman Kompleksində gənclərin vətənpərvərlik  tərbiyəsində  müstəsna  əhəmiyyəti olan “Şahin“ hərbi-idman oyununun Ağcabədi rayon  birinciliyi  keçirilib.
Rayon birinciliyinin açılış mərasimində Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Məmmədova, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Ağcabədi rayonu üzrə gənclər və idman sektorunun müdiri Rüfət Quliyev, Qarabağ Regional Təhsil İdarəsinin Ağcabədi rayonu üzrə təhsil sektorunun müdiri Teymur Qasımov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsində baş məsul icraçı Rüstəm Xudiyev,  və digər  məhsul  şəxslər  iştirak  edib.
Tədbirdə Ulu öndərimiz Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Rayon birinciliyinin açılış mərasimində çıxış edən Ağcabədi Rayon İcra  Hakimiyyətinin Başçısının müavini Vüsalə Məmmədova “Şahin” hərbi-idman oyunlarının yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsində, məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsində əhəmiyyəti və xüsusi rolu olduğunu qeyd edib.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən rayon  birinciliyində  39  tam orta məktəbin komandası  iştirak  edib. Yekun nəticələrə əsasən Şirin Hüseynov adına şəhər 2 nömrəli tam orta  məktəbin  komandası I yerə, Səməd Vurğun adına şəhər 4 nömrəli tam  orta məktəbin  komandası II yerə, Məmməd Əsədov adına şəhər 5 nömrəli  tam orta məktəbin komandası isə III yerə  layiq  görülüb. 
Qeyd etmək istərdik ki, rayon birinciliyində 1-ci yerə laiq görülmüş Şirin Hüseynov adına şəhər 2 saylı tam orta  məktəbin  komandası “Şahin“ hərbi-idman  oyununun zona birinciliyində Ağcabədi rayonunu təmsil edəcəkdir.  

Mais İbrahimov