Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Bərdə regional ədliyyə idarəsi növbəti seminar-müşavirə keçirib +FOTO=14

Aprel ayının 11-də Ədliyyə Nazirliyinin Bərdə regional ədliyyə idarəsinin təşkilatçılığı ilə seminar-müşavirə keçirilib.
Bələdiyyə üzv və qulluqçularının hüquqi maarifləndirilməsi məqsədilə təşkil olunan seminarda Ağcabədi rayonu üzrə yeni seçilmiş bələdiyyə üzvləri, habelə qulluqçuları iştirak ediblər.
Seminarda sonuncu bələdiyyə seçkilərinə əsasən formalaşmış bələdiyyələrin fəaliyyətinin təşkili məsələləri, vətəndaş müraciətlərinə baxılmasının hüquqi əsası və xüsusiyyətləri, bələdiyyə qərarlarının strukturu və məzmununa dair tələblər,  Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, habelə korrupsiyaya şərait yaradan hüquqpozmaların törədilməsinin qarşısının alınması məqsədilə müvafiq tədbirlərin görülməsinin zəruriliyi  barədə iştirakçılara ətraflı məlumat verilib və fikir mübadiləsi aparılıb.

Mais İbrahimov