Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Bəxtiyar Vahabzadə: 

ÇOX İMİŞ

Xudunun əziz xatirəsinə

Usanıb şəhərin küy-kələyindən

Gəldim ziyarətə dost məzarını.

Gördüm, sıralanmış qəbirlərdə mən

Ölümün möhtəşəm addımlarını.

 

Gəzdim qəbristanı, gəzdim səbirlə

Rastlaşdım nə qədər tanış qəbirlə.

İnana bilmədim gördüklərimə

Şəhərə dönməkmiş, şəhərdən qaçış!

 

Burda yatanların çoxu, heç demə

Mənim öz dostlarım, tanışlarımmış.

Orda dən, burda un, arada daş var

Zamandır hərlədən bu dəyirmanı.

 

Bir-bir üyüdülür dostlar, tanışlar

Birdən ayılırıq: filankəs hanı?

Bəzən üzü durur üzsüz astarın

Neçə pilləsi var tək bircə ömrün.

Mən hardan biləydim, ölü dostlarım

Diri dostlarımdan çox imiş bu gün.

 

Usanıb şəhərin hay-həşirindən

Gəldim ziyarətə dost məzarını.

Gördüm, sıralanmış qəbirlərdə mən

Ölümün möhtəşəm addımlarını.

Bəxtiyar Vahabzadə May 1998

* * *

İlham Novruzov

Ürəkləri milyonlarla insanlardan fərqli olaraq, Azərbaycan amalları uğrunda coxluqdan fərqli döyünən, bu döyüntünün "acmasında" adı müstəqillik ideyaları olan və onun uğrunda illərlə cox xəlvəti carpışan dahilərimiz Xudu və Bəxtiyar müəllimlər, Allah sizlərə rəhmət eləsin. Ruhunuza Fatihə

Nərgiz Məmmədova

RƏHMƏTLİK XUDU MƏMMƏDOV , BƏXTİYAR VAHABZADƏ VƏ BİRDƏ

GÖRKƏMLİ NURƏDDİN ( SƏHV ELƏMİRƏMSƏ ) ŞOX YAXIN DOST İDİLƏR.

BƏRDƏDƏ BİZİM EVİMİZDƏ QONAQ OLMUŞDULAR..MƏN HƏLƏ MƏKTƏBƏ GETMİRDİM VƏ ONLARIN KİM OLDUĞUNU

SONRALAR DƏRK ELƏDİM..NƏ ƏZİZ

QONAQLARIMIZ OLUBMUŞ...

Nüşabə Səfərova

Nur içində yatın Böyük şəxsiyyətlər!!!

Firdovsi Nağıyev

Kimlər gəldi kimlər getdi.Ruhları şad olsun

Eynulla Umud

Allah sizə qəni-qəni rəhmət eləsin, məkanlnız cənnət, ruhunuz şad olsun böyük, əvəzolunmaz insanlar.

Tofiq Bayramov

Siz fəxrisiz bu millətin

Carçısıydız həqiqətin

Ədalətin,ləyaqətin

Müstəqillik dediyimiz

Cəmiýyətin

Fədasi

Öz xalqınln Sevimlisi

Dəyanətli Mərd kişisi

İdiniz SİZ

ÜRƏKLƏRDƏ YAŞAYACAQ

XATİRƏNİZ

Elmira Bedirova

Heyif Sizdən, kaş sağ olaydınız, Sizin kimi dahilərə, Vətənpərvərlətə bu gün çox ehtiyacımız var. İnanıram ki, allahın yanında da ən yüksək pillədəsiniz, allah rəhmət eləsin.

Arif Azimov

Xudu müəllim insan üçün elm və sənətin "Qoşa qanad " olmasını bizə öyrətdi.İndi mən də onlların fotoları timsalında Azərbaycanımızın "qoşa qanadını" görürəm.Ruhları şad olsun.

Qasımov Tahir

Xudu Məmmədovun həyat və yaradıcılığı araşdırılsa onun vətən üçün necə böyük xidmətlər göstərdiyi gənc nəslə nə möhtəşəm bir dərs olar. BÖYÜK İNSAN, ƏSİL ALİM, ZİYALILIQ ETALONU!!!!

Mirza Gafarli

Allah, ürəyi Vətənin müstəqilliyi və milli dəyərlərin inkişafı üçün döyünən və imkanı daxilində təbliğat aparan hər iki dahi Kişini rəhmət eləsin.

Səməddin Haciyev

Hər iki insan Aərbaycan üçün qiymətli elm adamları vətənpərvər xalqüçün həatlarını qurbqn verməyə hazır olan böyük Azərbaycanlılar olub .Onlar da sovet dönəmində milli istiqlalımız üçün çox iş görüblər allah hər iisinə rəhmət eləsin

Tariyel Aliyev

Hər iki alimimizə Allahdan rəhmət diləyirəm.Ruhları şad olsun.Bəxtiyar müəllim filologiya sahəsində,Xudu müəllim kiristaloqrafiya menarologiya sahəsində sözünü demiş kimyaçı alimimizdir.Məkanları cənnət olsun.

Şəhla Vəliyeva

Allah hər ikisinə rəhmət eləsin.

Bəli,bunlar üç ayrılmaz dost idilər.

Baxtiyar Vahabzadə,Xudu Məmmədov birdə rəhmətlik Nəriman həkim.

Abdulhəsən Cəfərov

Allah hər ikisini rəhmət eləsin. Görəsən bu filosof, alim,vətən fədailərinin özlərindən daha işıqlı varisləri niyə yoxdur?Bunun günahı kimdə və ya nədədi?

QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.