"Ordu" klubu "Quba"nı mübarizədən kənarlaşdırıb
Bu gün kişi basketbol klublarının mubarizə apardığı ABL-in pley-in mərhələsində daha üç oyunun keçirilməsi nəzərdə tutulub. Bu oyunlardan birinə artıq yekun vurulub və çempionatın pley-offuna yüksələn ikinci klub müəyyənləşib. Bu hər iki qarşılaşmada "Quba" klubunu üstələyən "Ordu"du. Xatırladaq ki, ilk oyunda rəqibini 91:83 hesabla məqlub edən "Ordu" səfərdə keçirdiyi matçında da qalib gəlib - 88:92 (20:28, 19:22, 21:28, 28:14). Matçın ən yaxşı oyunçusu adına isə dəqiq atışları ilə özünün və komandasının aktivinə 27 xal yazdıran Qrffin Ramme layiq görülüb.
Bununla da, "Gəncə"nin ardından "Ordu" klubu da pley-offa yüksəlib. "Ordu" bu mərhələdə "Neftçi" ilə üzləşəcək. Dünən bu mərhələyə adlayan "Gəncə" isə pley-offda "Şəki" ilə qarşılaşacaq.
Bu gün pley-in mərhələdə daha iki cavab oyunu keçirəcək.
"Sumqayıt" - "Sərhədçi" (ilk oyun 97:123);
"Abşeron " - NTD ( ilk oyun 88:74).
Birinci cütün qalibi pley-offda "Sabah"la, ikinci isə "Naxçıvan"la üzləşəcək.
İNTİQAM Məmmədov