Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Şərqşünaslıq fakültəsində şərqşünas-alim, şair və tərcüməçi Nəriman Qasımzadə ilə görüş keçirilib

11 aprel 2025-ci ildə Şərqşünaslıq fakültəsində fakültənin məşhur məzunları ilə görüş seriyasından növbəti tədbir baş tutub. Bu seriya çərçivəsində fakültənin 1979-cu il məzunu, şərqşünas-alim, şair və tərcüməçi Nəriman Qasımzadə ilə görüş keçirilib. Görüşdə fakültənin professor-müəllim heyəti, Tələbə Gənclər Təşkilatı və könülü tələbələrin fəalları iştirak ediblər. Əvvəlcə şərqşünas-məzun barədə xronoloji məlumatlar təqdim olunub. Daha sonra ətraflı məlumat üçün söz qonağa verilib. Şərqşünas-məzun çıxışında həyat və fəaliyyəti, fakültədə oxuduğu illərdə müəllimlərindən, ərəb ölkələrində davam edən fəaliyyəti və tərcüməçiliyi tarixindən, ərəb dili barədə olan yanaşmaları, Qurani-Kərimi tərcümə etməsindən, şairlik və müəllimlik fəaliyyətindən söhbət açıb. Tələbə və müəllimlər tərəfindən bir çox suallar təqdim olunub, görüş interaktiv formada davam edib. Görüşün davamında şərqşünas-alim müxtəlif vəznlərdə qələmə aldığı şeirlərini səsləndirib, tələbələrə məsləhətlər verilib. Elmi müzakirələr Ərəb filologiyası kafedrasında davam etdirilib.

* * *

Terane Memmed

Belə görüşlər mütləq olmalıdır. Təşkilatçılara əhsən! Nəriman müəllimlə görüş gənclər üçün böyük bir motivasiyadır.

Etibar Ebilov

Nəriman müəllim klassik Azərbaycan ziyalısıdır.Qori müəllimlər seminariyasını bitirmiş böyük ziyalılarımızın layiqli varisidir.

Aydan Xəndan

Maraqlı görüş üçün bir daha təşəkkür edirik, Nəriman müəllim!

Азад Таиров

Aydan Xəndan Nəriman m. millətimizin ğörkəmli şəxslərindəndir.Çox təvazökar, alicənab, intelliğent bir insandır. Allah ona can sağlığı versin, gənc nəsil ondan ibrət ğötürsün.

Qədiməliyev Məhəbbət

Uğurlarınız bol olsun Nəriman müəllim .

QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.