Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Voleybolçuların çempionatı pley-offdan davam edəcək 

Kişi və qadın voleybol klublarının mubarizə apardığı Azərbaycan çempionatının Yüksək Liqasında 20-ci turun oyunları ilə yarışların birinci mərhələsinə yekun vurulub. Reqlamentə uyğun olaraq, həm kişilərin həm də qadınların yarışında ilk 4 yeri tutan klublar mübarizəni pley-offdan ( yarımfinaldan) davam etdirmək imkanı əldə ediblər. Qaydalara görə yekun turnir cədvəlində birinci yeri tutan klub dördüncü yerin sahibi ilə, ikinci yeri tutan isə üçüncü pillədə qərarlaşan klubla qarşılaşacaq. Bu mərhələdə oyunlar 2 qələbəyədək davam edəcək. Cütlərin qalibləri finalda çempionluq uğrunda oynayacaqlar, məğlublar isə üçüncü yerin sahibini  müəyyən edəcəklərlər.

Beləliklə, kişilər arasında pley-offa müvafiq ardıcıllıqla turnir cədvəlində ilk 4 yeri tutan "Murov Az Terminal", "Azərreyl", "Xilasedici" və "Neftçi" klubu, qadınların pley-offunda isə "Abşeron", "MAA", "Azərreyl" və "Gəncə" mübarizə aparacaq.

Pley-offun oyunları 15-18 aprel günlərində Bakı Voleybol Mərkəzində keçiriləcək.

15 aprel. 

Qadınlar ilk oyunlar:

15:00. "Abşeron" - "Gəncə"; 17:00. "MAA" - "Azərreyl".

16 aprel.

Kişilər ilk oyunlar:

15:00. "Murov Az Terminal " - "Neftçi ", 17:00. "Azərreyl" - "Xilasedici";

17 aprel.

Qadınlar ikinci oyun:

15:00. "Azərreyl" - "MAA", 17:00. "Gəncə" - "Abşeron";

18 aprel.

Kişilər ikinci oyun:

15:00. "Xilasedici" - "Azərreyl", 17:00. "Neftçi" - "Murov Az Terminal".

İNTİQAM Məmmədov