Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Futzal üzrə Azərbaycan yığması Avropa çempionatının əsas mərhələsində final oyununu keçirəcək

Futzal üzrə Azərbaycan milli komandası bu gün Avropa çempionatının əsas mərhələsində son oyununu keçirəcək.

Vitali Borisovun rəhbərlik etdiyi komanda qrupda liderliyi və qitə birinciliyinin final mərhələsinə vəsiqəni təmin edən Xorvatiya yığması ilə qarşılaşacaq.

Oyun Bakı İdman Sarayında saat 20:00-da başlayacaq. Qarşılaşmanı Kiprdən olan hakimlər briqadası idarə edəcək.

Millinin yer aldığı V qrupda Xorvatiya 15 xalla liderdir. Yunanıstan 7 xalla ikinci, İsveç 4 xalla üçüncü, Azərbaycan isə 2 xalla sonuncu – dördüncüdür.