Mərkəzi Gömrük Hospitalında “Korrupsiyaya qarşı mübarizə” mövzusunda təlimlərə start verilib
14 aprel 2025-ci il tarixində Mərkəzi Gömrük Hospitalında “Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin antikorrupsiya davranış modelinin formalaşdırılması ilə bağlı 2025-ci il üçün Fəaliyyət Planı” üzrə İllik Maarifləndirici Tədbirlər Planına uyğun olaraq “Korrupsiyaya qarşı mübarizə” mövzusunda təlimlərə start verilib. Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzi tərəfindən təşkil edilmiş təlimdə Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının şöbə rəisləri və əməkdaşları iştirak edib.
Təlim zamanı Tibbi Xidmət İdarəsinin Hüquq şöbəsinin rəisi Rəna Hüseynova “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə ilə bağlı qanunvericilik bazası” mövzusunda təqdimatla çıxış edib. Rəna Hüseynova təqdimat zamanı korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri, korrupsiyaya qarşı mübarizəni həyata keçirən orqanlar, korrupsiya ilə əlaqədar hüquqpozmalara görə vəzifəli, fiziki və ya hüquqi şəxslərin məsuliyyəti, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatvermə, qanunsuz əldə edilmiş əmlakın götürülməsi və qanunsuz əldə edilmiş imtiyaz və ya güzəştlərin dəyərinin ödənilməsi və digər qanunda qeyd edilmiş mövzularla bağlı ətraflı məlumat verib.
Daha sonra Maliyyə şöbəsinin rəisi Arzu Həsənov “Dövlət büdcəsindən Tibbi Xidmət İdarəsinə (TXİ) ayrılan vəsaitin təyinatı üzrə xərclənməsinə nəzarət işinin təşkili” barədə təqdimatla çıxış edərək Dövlət Büdcəsi Haqqında Qanun, dövlət büdcəsindən ayrılan vəsaitin təyinatı və istifadəsi, səmərəli xərcləmə, şəffaflıq və hesabatlılıq, audit və inzibati nəzarət barədə detallı məlumat verib.
Təlim zamanı auditoriyanı maraqlandıran suallar cavablandırılıb və təlimlərin mütəmadi olaraq bütün əməkdaşları əhatə etməklə il boyu təşkil ediləcəyi vurğulanıb.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)