Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

Faiq İsmayılov: 

1992-ci ildə Xankəndi şəhərinin yol infrastrukturu və nəqliyyat sistemi ermənilər tərəfindən dağıdıldı

Bu gün ermənilərin öz ata-baba yurdu kimi təbliğ etdikləri Azərbaycanın  Xankəndi şəhəri ərazilərindəki bütün növdən olan mədəni dəyərlər, tarix və mədəniyyət abidələri, monumental qurğular, yaşayış evləri, saraylar eləcədə, 1992/1998-ci illərdə Xankəndi şəhəri ərazisində yol infrastrukturu və nəqliyyat sistemi ermənilər tərəfindən  xüsusi qəddarlıq və vəhşiliklə dağıdıldı. O zaman sual oluna bilər əgər bütün bunlar sizin idisə niyə dağıdırdınız?

Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğala məruz qalmış Azərbaycanın Xankəndi şəhəri,  ayrı-ayrı bölgələrində Yol İnfrastrukturuna və Nəqliyyat sisteminə   vurulmuş zərərlərin dərindən və hərtərəfli təhlil olunmalıdır.

Ermənistan və onun havadarlarının hal-hazırda Azərbaycana qarşı istifadə etdikləri şantaj və qarayaxma kompaniyaları qarşılığında  Qarabağ İqtisadi rayonunun, xüsusən də Xankəndi şəhərinin yol infrastrukturuna və nəqliyyat sisteminə dəyən zərərlərin qiymətləndirilməsi ilə bağlı aparılan araşdırmalar həm siyasi və həm də iqtisadi mənada xüsusi əhəmiyyət kəsb edə bilər. 

Nəqliyyat-yol kompleksinə daxil olan dəmir yolu, su, avtomobil, mülki hava nəqliyyatı, nəqliyyat sektorlarında vahid dövlət siyasətini formalaşdıran və həyata keçirən, sahələrarası münasibətləri tənzimləyən mərkəzi icra hakimiyyəti orqanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyidir. Nəqliyyat sahəsində inkişaf,tənzimləmə və idarəetmə funksiyalarını Nəqliyyat Nazirliyi və sahələr üzrə öz səlahiyyətləri çərçivəsində müvafiq dövlət orqanları ilə birgə bu qiymətləndirməni həyata keçirə bilər.

Bu baxımdan Xankəndində olan nəqliyyat təsərrüfatlarının torpaq sahələri separatçı qrum rəhbərləri tərəfindən  özəlləşdirilmiş, Xankəndi Yük Avtonəqliyyat Müəssisəsinin qarajları, idarə binaları, sexləri, qaraj avadanlıqları, yanacaqdoldurma aparatları,  yanacaq çənləri və avtonəqliyyat vasitələri mənimsənilmişdir.

Xankəndi Dəmiryol şəbəkəsinə aid, dəmiryol vağzalı, dəmiryol xətti, dəmiryol körpüləri, depolar və s. Vəhşicəsinə dağıdılmış, vaqonlar, depolar, dəmiryol reysləri İran İslam Respublikasının İsfahan şəhərindəki Metalrugiya zavoduna ucuz qiymətə satılmışdır.

Xankəndi dəmiryolu stansiyası 1927-ci ildə yaradılmışdı. Stansiya Xankəndi şəhərinin şimalında yerləşirdi. O dövrdə Evlax-Xankəndi xəttində elektirik olmadığından, Bakıdan elektrovozla gedən qatar Yevlax stansiyasında açılaraq teplovoza qoşulur və Xankəndi stansiyasına qatar Teplovozla yola salınırdı.  

1962-ci ildə Bakıdan Yevlağa gələn dəmiryol xətti yenidən qurularaq Bərdəyə qədər uzadıldı. 1967-ci ildə dəmiryol stansiyası  Ağdamda, 1978-ci ildə isə Bakıdan çıxan qatarın son stansiyası Xankəndində  quruldu. Xankəndi Dəmir Yol Stansiyasının fəaliyyəti 1992-ci ilə qədər davam etdi. Xankəndi Dəmiryol Stansiyasının xidmətindən Xocalı, Əsgəran, Xocavənd, Ağdərə bölgələrinin və Laçın rayonunun əhalisi yararlanırdı. 
1992-ci ildə Qarabağda baş qaldıran separatizm Xankəndi Dəmiryol Stansiyasının fəaliyyətinə də öz mənfi təsirini göstərdi.Beləki Qarabağın erməni separatçıları Xankəndindəki Azərbaycanın Dövlət Büdcəsi hesabına maliyyələşən bütün sənaye, kənd təsərrüfatı və xidmət müəsisələrini o cümlədən avtovağzal binasını və dəmir yol stansiyasını söküb dağıdır, əldə etdikləri qənimətləri   xaricə daçıyaraq orada özlərinə mülklər alır, biznes qururdular.  

Ermənilər işğal etdikdən dərhal sonra Xankəndi Dəmiryol vağzalını görünməmiş bir vəhşiliklə dağıtdılar. Vağzalın inventar və avadanlıqları müxtəlif şəxslər tərəfindən mənimsənildi. Erməni barbarlığının nəticəsində Dəmiryol vağzalının ərazisi böyük bir xarabalığa çevrildi. 

1992-ci ildə Xankəndi şəhərinin yol infrastrukturu və nəqliyyat sistemi ermənilər tərəfindən tamah məqsədi ilə dağıdıldı. Erməni barbarlar tərəfindən tam istifadəsiz vəziyyətə gətirilən Xankəndi Dəmiryol vağzalı, Bərdə - Xankəndi dəmiryol xətti, 30 il öncə etnik təmizləməyə məruz qalan azərbaycanlı sakinlərinin yolunu səbirsizliklə gözləyir. 

Faiq İsmayılov
AMEA A.A.Bakıxanov adına Tarix İnstitunun əməkdaşı.