Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Исмайыл Мн

Elnur Valeh də öləcəyini bilirdi, ölümlə bağlı mahnılar bəstələyirdi.

Aypara Ayxan

Adi zarafatca dediyimiz söz, beynimizdən keçirib səsləndirmədiyimiz düşüncə belə reallaşır bir də görürsən.

Ayaz Aslanov

Allah rəhmət eyləsin. Bəzi vaxt insanlar özləri heç bilmədən öz talelərini yazırlar. Çox təəssüf.

Hamida Jafar

Qəzada qolunun qopduğunu səhnələşdirən bloger də bir müddət sonra həqiqətən qəza etdi və qolu amputasiya olundu.

İnsan həqiqətən də öz xeyrini və şərini özü çağırır.

Ertoğrul Beylerbeyli

Niyəsə filmdə bahali həyat yasayan aktyorlarimiza realda qismət olmur

Niyəsə bu prinsip şərdə işləyir, xeyirdə yox)

Ramiz Goyushov

Bu da həyatın bir paradoksu. Çoox erkən getdi Azər.Allah ruhunu şad məkanını cənnət eləsin

Cavid Şeydayev

"Aktyorlar rollarını yaşamağa məcbur qalır" fikri mövcuddur, bəli

Nazile Mammadova

Həmin anı o qədər inandıcı oynamağa çalışıb ki, özü də fərqinə varmadan şüuraltına yazıb və təəssüf ki, reallaşıb

Aynur Mamedova

Bu rol çekilende artıq o böyrək problemi yaşayıbdır.ona qalsa orda olanın hamisin bu videodan varıdı.Turklerde aktyorlar her filimdə olur dirilir.gerek onda aktyor qalmaya

QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.

Filmdə yalançı başdaşını ziyarət elə, tezliklə həqiqətə çevrilsin...

Yazıçı Varis Yolçuyevin bir neçə gün əvvəl vəfat edən aktyor Azər Baxşəliyevlə bağlı paylaşımı diqqət çəkib.

Yazıçı aktyorun rol aldığı ekran işində canlandırdığı Ağsaqqal obrazının Azər Baxşəliyev yazılan qəbirə baxdığı fotonu paylaşaraq bu sözləri yazıb:

"İnsanlar öz aqibətlərini bəzən özləri gətirmirlərmi? 
Haçansa deyilən bu müdrik kəlam bu fotoda necə də sübut olunur. 
Sən bir filmdə öz yalançı başdaşını ziyarət elə. Və tezliklə bu yalançı başdaşı həqiqi başdaşına çevrilsin. Allah rəhmət eləsin! "- , deyə o yazıb.