Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Gücümüz birliyimizdir”

 

Ərkivan Xeyriyyə Cəmiyyətinin 5 yaşı qeyd edilib

 

Ərkivan Xeyriyyə Cəmiyyətinin yaranmasından 5 il ötür.
Bu münasibətlə Masallı rayonunun Ərkivan qəsəbəsində yerləşən "Grand" restoranında tədbir keçirilib. 
Tədbir öncəsi şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himnimiz səsləndirilib. 
Ərkivan Xeyriyyə Cəmiyyətin sədri Cəfər Cəfərov tədbir iştirakçılarına ictimai birliyin 5 illik fəaliyyəti barədə hesabat xarakterli məlumat verib.
Tədbir zamanı Xeyriyyə Cəmiyyətinin ötən müddət ərzindəki  fəaliyyətindən bəhs edən videoçarx izləniulib.
Ərkivan Xeyriyyə Cəmiyyətinin fəxri prezidenti xeyriyyəçi iş adamı Məşkur Qasımov çıxış edərək son illər qəsəbədə görülən genişmiqyaslı xeyriyyə işlərindən və qarşıda duran planlardan danışıb. O, hər bir ərkivanlını qəsəbənin sosial rifahı naminə fəal olmağa çağırıb. 
İlahiyyatçı Mirtaha Həşimov, elm xadimi Adil Yəhyayev, iş adamı Abdulla Abdullayev, jurnalist-publisist Akif Ağayev və başqaları Xeyriyyə Cəmiyyətinin 5 illik yubiley yaşını təbrik edərək, görülən xeyirxah işlərin daha geniş vüsət almasını arzulayıblar. 
Sonra təhsil və idman sahələrində göstərdikləri yüksək nəaliyyətlərə görə qəsəbə məktəblilərinə Təşəkkürnamə və hədiyyələr verilib. Qəsəbənin mədəniyyət, idman, elm, təhsil sahələrinin inkişafına göstərdiyi dəstəyə görə bir qrup şəxsə Cəmiyyət tərəfindən Diplomlar təqdim olunub. 
Beynəlxalq dərəcəli idman ustası Cəbrayıl Cəbrayılov 75, xeyriyyəçi Mirmahmud Bağırov 60 illik yubiley yaşları münasibətilə təbrik ediliblər. 
Daha sonra şair-publisist Süleyman Əlisanın Sankt-Peterburqda yaşayan həmyerlilərimiz, tanınmış ictimai xadim, xeyriyyəçi-iş adamları Məşkur və Qasıməli Qasımov qardaşlarının keçdiyi həyat yolundan bəhs edən “Qürbət cənnət olsa da...” adlı kitabının təqdimatı olub. 
Qeyd edək ki, kitabda Qasımovlar ailəsinin milli-mənəvi dəyərlərə söykənən yaşam tərzi ilə yanaşı qəsəbənin tarixi, keçmişinə də işıq salınır.
Sonda mədəniyyət işçisi, müğənni Miriş Hüseynov sözləri tanınmış şair, iqtisad elmləri doktoru Rəsmiyyə Sabirə məxsus "Ərkivanım" şeirinə bəstələdiyi mahnını ifa edib.

 

Akif VAQİFOĞLU