Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

Kərim Kərimli: 

Tahir müəllimin ötən günlər yadına düşüb, fikrini bu şəkildə ifadə edib

Tahir Kərimli Amerika kəşf eləməyib.

Sovet dövründə evlənmək (nikah) yaşına çatmış kişilərin aylıq maaşından "subaylıq pulu" da tutulurdu.

Mən Ukraynada ali təhsilimi başa vurub təyinatla yenidən Şuşaya qayıdandan sonra işlədiyim müəssisədə aylıq əmək haqqımdan gəlir vergisi, həmkarlar təşkilatına ayırmalarla yanaşı "subaylıq pulu" deyilən müəyyən bir məbləğ də çıxılırdı.

Bu, SSRİ dağılanadək davam elədi.

Hökumət bununla həm büdcəsinə əlavə vəsait cəlb edir, həm də ailə qurmağı təşviq edirdi.

Nəzərə almaq lazımdır ki, SSRİ-nin əhalisi 300 milyona yaxın idi və bunun da böyük bir hissəsini subay cavanlar təşkil edirdi.

Görün bu nə qədər vəsait deməkdir?!

İndi Tahir müəllimin də ötən günlər yadına düşüb, bu şəkildə ifadə edib.

Ancaq, doğrudan da 30-dan o yana subay qalmaq yaxşı hal deyil və məsləhət də deyil.

Şair demişkən,

Çəkin subaylıqdan, sultanlıq deyil,

Otuzdan o yana cavanlıq deyil,

Evlənmək - ərlikdir, nadanlıq deyil,

Gəl tök ətəyindən subaylıq daşın,

Ömrə payız gəlir, evlən, qardaşım!