Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

İlqar Əlfioğlu:

İlk 01-in konveyerdən çıxan günü...

1969-cu ildə atam Mətbuat komitəsində işləyirdi, məktəbimiz də komitəyə lap yaxın idi. Bir dəfə, necə oldusa, dərsdən sonra atamın yanına gedəsi oldum. Qapını ağzındakı lövhədə idarənin həmkarlar təşkilatı bir elan asmışdı, idarəyə 4 dənə "Fiat 124" modeli ayrılmışdı, qiyməti də indiki kimi gözümün qabağındadır: 2750 manat. Yazırdı ki, istəyən müraciət edə bilər...

Ataya dedim, qayıtdı ki, sarsaq şeydi, kimə lazımdı...

Sonra evdə də ha yalvardım, dedi ki, sən məktəbi qurtaranda maşın alacam, amma əməllisini, söz verirəm...

10-cu sinifdə oxuyanda aldı da, Moskviç 412...

Artıq ilk Jiqulilər də vardı, hamı deyirdi ki, konserv qutusudur, elə maşın olar...

1971-də dayı Misir ezamiyyətindən qayıdanda birini almışdı özünə, hamımız ağız büzdük...

Sən demə, Sovet Jiqulini buraxmamışdan, ölkəyə bir partiya Fiat 124 gətirmişdi ki, gələcək modelinin reklamı olsun, qiymət də, bazara girmək üçün idi.

Biz onda reklam nə bilirdik...

70-ci ildə çıxan maşınlar italyan matoru idi, sonradan Tolyatti özunünkünü buraxdı...

İndi də yadıma düşəndə, yanıb tökülürəm.

Amma, özüm 80-ci ildə iki Moskviçdən sonra, "011" Jiquli aldım, əjdəha imiş!

* * *

Zumrud Mirzoeva

Babamin mashinindan.italyan motoru)

Elman Eldaroğlu

Rəhmətlik düz eləyib, yeniyetmə, dəliqanlı uşağa dəmiri nazik maşını rəva görməyib. Avtoşluq edəndə də gərək etibarlı maşınla edəsən...

Арзу Бабаев

Allah rəhmət eləsin Əlfi əmiyə. Moskviç 412-nin də yeri vardı gözəllikdə. Sonra səndə Moskviç 2140 oldu ağ rəngdə. 2101-lər 65 at gücündə idi, 21011 mühərriki 70 at gücündə, 2103 mühərriki 75 at gücündə, 2106 mühərriki 80 at gücündə idilər. Ən yaxşı sürət yığma 2103 və 2106-da idi. 01-lə 011-in vakumu yox idi, aşırımlardan enəndə disk qızırdı, ayaq gücünə tuturdu əyləc

Азим Джабаров

Мühafizəkarlıq insanın naturasıdır, bir müddət sonra yeniliyi qəbul edir, amma gec olur.

Простой Человек

Sağol əmi. Mən elə bilirdim belə tarixlərə diqqət yetirən yoxdu amma varimiş. Allah səni var eləsin. 1970-ci ilin 19 apreli. Həmin gün 6 ədəd 01 istehsal olunub. 3-ü göy, 3-ü sarı.

Rasim Panaxov

Jiqulini bizim kənddə ilk dəfə qabaqcıl üzüm üzümçülük briqadirlərinə verdilər 1971-ci ildə , Tovuzun Kirov sovxozuna özüdə 20 ədəd .

QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.