Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Bu gün qadın voleybol klublarının mübarizə apardığı Azərbaycan çempionatının Yüksək Liqasında sayca beşinci olan növbəti turun oyunları keçiriləcək. Turda keçirilməsi nəzərdə tutulan üç oyundan ikisi Bakı Voleybol Mərkəzində, biri isə UNEC-in idman zalında baş tutacaq. Qeyd edək ki, turun mərkəzi oyunu isə 4 turdan sonra yarışa vahid liderlik edən "Azərreyl"lə cədvəldə üçüncü yeri tutan "Gəncə" arasında olacaq. Oyun Voleybol Mərkəzində saat 18:00-də başlayacaq. Bundan əvvəl isə həmin məkanda  "Murov Az Terminal"la "Abşeron" üzləşəcək (saat 16:00).

Daha bir oyunda isə UNEC öz meydanında "Milli Aviasiya Akademiyası"-ni qəbul edəcək (saat 17:00).

İNTİQAM Məmmədov