Ötən mövsümün sonunda Azərbaycanın "Qarabağ" klubundan ayrılaraq Türkiyənin "Bandırmaspor" klubuna keçən fransalı cinah oyunçusu Adama Diaxabi yeni komandasında çox qalmayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər müqavilə imzalandıqdan cəmi 6 ay sonra qarşılıqlı razılıq əsasında müqaviləni ləğv etmək qərarına gəliblər.
Qeyd edək ki, "Bandırmaspor" klubu Adama Diaxabi ilə 2 illik müqavilə imzalayıb.