Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Etibar Ebilov

Ciddi ədəbiyyatla məşgul olan gənclərimiz ( hətta orta yaşlılar da) fikrimcə bu mətni hökmən oxumalıdır.

Sizə təşəkkür edirəm Nəriman müəllim.

Adile Nezer 

Maraqlıdır. Bəs şeirdəki telefon nömrə - şifrə -qara qutudakı həqiqət ola bilməzdi?

Nariman Gasimoglu

Əsl sevgi sirri qəzada aşkarlanır deyə bir yozum. Sizin yozum. Bəyəndim.

QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.

Nəriman Qasımoğlu: 

Sevgi şeiri - Gregory Orr (tərcümə)

İngiliscədən dilimizə tərcüməsilə birgə paylaşdığım şeir avanqard poeziya qəbilindən nümunədir. Müəllifi ABŞ şairi Gregory Orr-dur.

Fərqli yozumlara açıq bu şeiri təhlil edən ingilis ədəbiyyatı mütəxəssisi Steven Ward-dun qeydlərini də xeyli xülasələndirib aşağıda paylaşıram.

Love Poem

by Gregory Orr

A black biplane crashes through the window

of the luncheonette. The pilot climbs down,

removing his leather hood.

He hands me my grandmother's jade ring.

No, it is two robin's eggs and

a telephone number: yours.

xxxxxxxxx

Sevgi şeiri

Cüt qanadlı qara biplan çırpılır

qəlyanaltı kafenin pəncərəsinə.

Enir pilot,

çıxarır başından dəri papağı.

Uzadır mənə

əqiq qaşlı üzüyünü nənəmin.

Yox, alayı nəsnəni –

bir şəfəq quşunun cüt yumurtasını

və telefon nömrəsini: bunlar sənin.

xxxxxxxxxxxxxx

Steven Ward öz qeydlərində diqqəti öncə təyyarə qəzasının təsviri ilə başlayan sətirlərə, eləcə də qəzanın nəticələrinə dair ayrıntının yoxluğuna, oxucunun bu dramatik hadisənin ardınca hansısa əlahiddə sevginin şahidi olacağı gözləntisinə çəkir. Pilot isə sadəcə yaxınlaşır lirik qəhrəmana, ona guya nənəsinin üzüyünü verir, əslində isə verdiyi başqa şeydir: şəfəq quşunun cüt yumurtası və telefon nömrəsi. Nömrə də lirik qəhrəmanın axtardığıdır.

Şəfəq quşu çoxlarının nəzərində yenilənmə, var-dövlət, ailə xoşbəxtliyi gətirən varlığı rəmzləndirilir. Daha az metaforik yozum isə ilin bahar fəslinə işarə edə bilər: şəfəq quşu yumurtalarını bahar fəslində səhər ertədən günortayadək qoyur. Ancaq bunu da zənn etmək olar ki, yumurtalar lirik qəhrəmanın həmçinin ailə qurmaq istəyini bildirir.

Müəllifin məqsədi sevginin qəfil, səbəbsiz şıltaqlıla baş verdiyinin fantastik təsvirini təqdim etməklə bu paradoksal-hiperbolik, fəqət təsirli emosional duyğunun insanlar üçün bəlli reallığı təhrif etmək potensialında olduğunu vurğulamaqdır.

Lirik qəhrəman vurulduğu şəxsin telefon nömrəsini öyrənmək arzusundadır. Bunun nə dərəcədə həssas, yaxud səmimi olması mübahisəli olsa da şeirin kökləndiyi əsas məsələ bu deyil, fəqət buna dair təsvirlər fonunu yaratmaqdır.

Bəs lirik qəhrəmanın müraciət ünvanı, "sən" kimdir? “Sevgi şeiri”nin ironik sonluğunun maraqlı cəhətlərindən biri budur ki, “sən” deyə müraciət edilən sadəcə oxucu imiş. Yəni Orr-un ironiyası şeirinin baxış bucağına oxucunu salmağı da bir növ şərtləndirir.