Kişi voleybol millimiz bir araya toplaşıb
Baş məşqçisi Fərid Cəlilov olan kişi voleybol millimiz dünən Bakı Voleybol Mərkəzində təlim-məşq toplanışına (TMT) start verib. AVF-dan verilən məlumata görə, toplanışa əsas heyətin üzvləri ilə, yanaşı, gənc voleybolçular da qatılıb. Qeyd edək ki, TMT millimizin iştirak edəcəyi Avropa Gümüş Liqasına hazırlıq xarakteri daşıyır. Yeri gəlmişkən, 3 mərhələdən ibarət olan Liqanın birinci mərhələsi 6-8 iyun günlərində İsveçdə keçiriləcək. Rəqiblərsə ev sahibi və Gürcüstan olacaq.
Liqanın ikinci mərhələsi 13-15 iyun aralıqinda Bakıda təşkil olunacaq. Millimiz doqma divalar arasında Lüksemburq və Macarıstana qarşı oynayacaq. Liqanın son mərhələsi isə 20-22 iyun günlərində Farer Adalarında keçiriləcək. Burada isə rəqiblər ev sahibi və Avstriya millisi olacaq.
İNTİQAM Məmmədov
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)