Zelenski piyada əleyhinə minalara qoyulan qadağadan əl çəkməyə çağırıb
Ukraynanın piyada əleyhinə minaları qadağan edən Ottava Konvensiyasından çıxmasının vaxtı çatıb.
Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Aparatının rəhbərinin müavini İrina Vereşçuk öz Telegram kanalında bildirib.
O, Kiyevin 2006-cı ildən konvensiyanın iştirakçısı olduğunu vurğulayıb. Onun fikrincə, Ukrayna hərbçilərinin israrlı tələblərini dəstəkləmək və ölkənin sazişdən çıxması üçün addımlar atmaq vaxtı çatıb.
Mayın 8-də Litva Seymi (parlamenti) Piyada əleyhinə minalar haqqında Konvensiyanın denonsasiyası haqqında qərar qəbul edib.