Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Qadın cüdoçularımız Qazaxıstanda fiaskoya uğrayıblar

Mayın 9-da Qazaxıstanın paytaxtı Astanada qadın cüdoçular arasında "Böyük Dəbilqə" turnirinə start verilib. Üç gün davam edəcək turnirdə Azərbaycan üç qadın cüdoçu ilə təmsil olunub. Bu üçlükdə Könül Əliyeva (48 kq),  Gültac Məmmədəliyeva (52 kq) və Fidan Əlizadə (57 kq) yer alıb. 

Təəssüflər olsun ki, hər üç təmsilçimiz elə ilk görüşdəcə məğlubiyyətə uğrayaraq mübarizəni erkən dayandırıb.

İNTİQAM Məmmədov