YADA DÜŞƏR XATİRƏLƏR
(AZpressAZ-in arxivindən: 2023-cü il)
Qəzənfər Həmidoğlu:
Milli şahmatın Nicatı!
Nicat Abbasov vs Maqnus Karlsen!!!
Uzun illər Azərbaycan şahmatı fantastik supertriosu - Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov və Vüqar Həşimov (ruhu şad olsun!) sayəsində dünya şahmatının olimpində layiqli yer tutdu, qrandların Top-10-da bizimkilərin də olması ilə qürurlandıq, fəxr etdik.
Bakıda keçirilən şahmat üzrə Dünya kubokunda furor yaradan, müdhiş oyun sərgiləyən 28 yaşlı Nicat Abbasov adi sensasiya yaratmadı və ya sadəcə yarımfinala çıxmadı, həm də bəlli oldu ki, Azərbaycanın superqrossmeystrlər pleyadasının tükənməkdə olmasından danışanlar yanılırlar.
Nicat milli şahmat tarixinin yeni səhifəsini yazır - 1/2-də Maqnusa qalib gəlsə, dünya şahmatını silkələyəcək, hətta Dünya kubokunda ilk 3-ə düşüb adını şahmat tacına iddiaçılar sırasına yazdırsa, reytinqləri alt-üst, qlobal şahmatı mat edəcək.