Seker Memmedova
Dəyərli müəllimimi ürəkdən təbrik edirəm. Sağlam,uzun və bərəkətli ömür,fəaliyyətində nəaliyyətlər arzu edirəm
Sərhəddin Abdullayev
SƏMİMİ QƏLBDƏN TƏBRİK EDİRƏM , MÖHKƏM CANSAĞLIĞI, KÖNÜL XOŞLUĞU , UZUN ÖMÜR, HƏYATIN HƏR BİR SAHƏSİMDƏ BÖYÜK NAİLİYYƏTLƏR ARZULAYIRAM.
Arif Eynullayev
ANAR MÜƏLLİMİ TƏBRİK EDİR, ONA CƏSUR VƏ DOGRU-DÜRÜST ARAŞTIRMALARINDA DAHA ÇOX UGUR ARZULAYIRAM.
QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.
Fikrət Şiriyev:
Bu gün onun ad günüdür...
Bu gün xalqımızın görkəmli tarixçi alimi və tanınmış ictimai xadim, Bakı Dövlət Universitetinin Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri (1999-ci ildən), Milli Məclisin deputatı (2020-ci ildən), Azərbaycan Respublikası Prezidentinin fəxri diplomçusu, "Vətənə xidmətə görə" ordeni, “Tərəqqi”, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi”, "Bakı Dövlət Universitetinin 100 illiyi”, Türkiyə Cümhuriyyətinin “Altun”qızıl medallarının laureatı, tarix elmləri doktoru, professor Anar İsgəndərovun ad günüdür.
Anar Camal oğlu İsgəndərov 1956-cı il yanvarın 10-da Masallı rayonunun Kolatan kəndində anadan olmuşdur. 1963-1973-cü illərdə Kolatan kənd orta məktəbində, 1973-1978-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil almışdır. 1978-1984-cü illərdə təyinatla kənd məktəblərində müəllim, direktor müavini, Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) “Fəlsəfə” kafedrasında kabinet müdiri və digər vəzifələrdə çalışmış, 1984-cü ilin martından taleyini Bakı Dövlət Universiteti ilə bağlamış,1985-ci ildə Tarix fakültəsinin “Mənbəşünaslıq, tarixşünaslıq və metodika” kafedrasının aspiranturasına(doktoranturasına) daxil olmuş, 1989-cu ildə Tarix¬şünaslıq, mənbəşünaslıq ixtisası üzrə respublikada ilk dəfə na¬mizədlik dissertasiyası müdafiə etmiş,həmin kafedrada müəllim, baş müəllim, dosent vəzifələrində çalışmış, 1999-cu ildə Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri vəzifəsinə seçilmişdir.
A.C.İsgəndərov 2004-cü ilin aprelində “Azərbaycanda 1917-1918-ci illərdə türk-müsəlman soyqırımı proble¬minin tarixşünaslığı” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, 2005-ci ildə professor elmi adı almışdır.
Professor A.C.İsgəndərov Respublikada və beynəlxalq aləmdə 1917-1920-ci illər Azərbaycan tarixinin görkəmli mütəxəssislərindən biri kimi tanınır. Onun “1918-ci il Mart qırğınının tarixşünaslığı”, “Azərbaycan Xalq Cümhuriyyəti” (monoqrafiya), “Azərbaycan Xalq Cümhuriyyəti”(biblioqrafiya), “Azərbaycanda türk-müsəlman soyqırımı probleminin tarixşünaslığı (1918-1920)” “Təzəpirin tarixi”, “Qafqaz İslam Ordusu və Azərbaycanın xilası”, “Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı: Bakı Dövlət Universiteti”, “Bakı Dövlət Universiteti. 100 ilin elm və təhsil məbədi”, “Azərbaycan ərazisində erməni quldur və terrorçu birləşmələrinin törətdikləri cinayətlərə dair faktlar”, "Realites of Azerbaijan: 1917-1920"(Azərbaycan reallıqları:1917-1920)(ingilis dilində,ABŞ-2011), və digər çoxsaylı kitabları, məqalələri vətən tarixinin böyük uğuru kimi qəbul olunur.
Professor A.C.İsgəndərovun 30-dək monoqrafiyası, 10 dərs vəsaiti, 400-dən çox elmi məqaləsi nəşr olunmuş, o, 50-dən artıq kitabın elmi redaktoru, elmi məsləhətçisi və rəyçisi olmuşdur.
O, 1998-ci ildə Anka¬rada Türkiyə Cümhuriyyətinin 75 illiyinə həsr olunmuş beynəlxalq elmi konfransda maraqlı məruzəsinə görə Türkiyə Cümhuriyyətinin baş nazirinin qol saatı və “Altun” medalı, 2008-ci ildə Türkiyə və Azərbaycan tarixinin tədqiqində maraqlı araşdırmalarına görə “Azərbaycan və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin” “Qızıl döş nişanı”, 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi”, 2016-cı ildə Azərbaycan Xalq Cümhuriyyəti dövrünün tədqiqində xidmətlərinə görə “Vətənə xidmətə görə” ordeni, 2019-cu ildə “Azərbaycan Xalq Cümhuriyyətinin yubiley medalı”, Azərbaycan Respublikası Prezidentinin “Fəxri diplomu” və digər çoxsaylı mükafatlarla təltif edilmişdir. Professor A.C.İsgəndərov 2011-2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tarix və siyasi elmlər üzrə Ekspert Şurasının sədri, BDU və fakültə Elmi Şuralarının, Qafqaz Müsəlmanları İdarəsinin Elmi-Dini Şurasının, Azərbaycan-Türkiyə Tarixinin Araşdırma Fondunun Himayəçilər Şurasının üzvüdür. Professor A.C.İsgəndərov 2024-cü ildə ikinci dəfə Yeni Azərbaycan Partiyasının namizədi kimi Milli Məclisə deputat seçilmişdir.
Professor A.C.İsgəndərov bu gün gərgin ictimai işlərinə baxmayaraq elmi yaradıcılığını əzmlə davam etdirir, onun rəhbərliyi altında onlarla gənc alim dissertasiya üzərində tədqiqat işləri aparırlar.
Görkəmli alimi təbrik edir,ona yeni uğurlar arzulayırıq!