Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Məmməd Əvəzoğlu: Xoşbəxtlik hər yaşda gələ bilərmiş

Məktəbli olanda sevdim bir kərə,

Yaxşı ki, onu da verdilər ərə,

Bəlkə də sevdiyim o qıza görə,

Başıma savaş da gələ bilərmiş,

Xoşbəxtlik hər yaşda gələ bilərmiş.

 

Cavanlıq atını yorğa çapmasan,

Öz bəxt ulduzunu göydə qapmasan,

Görüşə gedəndə təzə tapmasan,

Geydiyin nimdaşda gələ bilərmiş,

Xoşbəxtlik hər yaşda gələ bilərmiş.

 

Varlı qonşuları seyrə dalanda,

Karına gəlməyir yalan-palan da

Kasıblıq üstünə kölgə salanda,

Küftəsiz bozbaşda gələ bilərmiş,

Xoşbəxtlik hər yaşda gələ bilərmiş.

 

Gülərüz bir şəkil tapılar sonda,

Görərsən özünü qara bir fonda,

Səadət yetişər bəlkə də onda,

Qoyulan son daşda gələ bilərmiş,

Xoşbəxtlik hər yaşda gələ bilərmiş.

Məmməd Əvəzoğlu.09.01.2025.