Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Yanvarın 11-də Ağcabədidə professor, kimya elmləri namizədi, respublikanın əməkdar müəllimi Əyyub Əzizovun 90 illik yubleyi qeyd olunub. Ağcabədi Rayon İcra Hakimiyyəti və Mirzə Fətəli Axundov adına Ağcabədi şəhər 3 saylı məktəb liseyin birgə təşkilatçılığı ilə Yaqub Məmmədov adına Ağcabədi Rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə rayon rəhbərliyi, ziyalılar-xüsusilə kimya fənnini tədris edən müəllimlər, yubilyarın yaxın dostları və digərləri iştirak ediblər.
"AZpress.AZ" İnformasiya Agentliyinin "AZpressTİMES.info" saytının bölgə müxbiri xəbər verir ki,  öncə Aran qəzetinin nəzdində fəaliyyət göstərən Aran Ağcabədi İnternet televiziyasının təqdimatında  Əyyub Əzizovun ömür yoluna həsr olunmuş videoçarx nümayiş olunub. Sonra tədbirin moderatoru Vüsalə Muradova açılış nitqi ilə çıxış edərək yubilyarı səhnəyə dəvət edib. 
Bundan sonra söz respublikanın əməkdar müəllimi Camal Abbasova verilib. O, Əyyub Əzizovla bağlı  ətraflı məlumat verib, xatirələrini bölüşüb, onun  ağcabədililər üçün hər zaman əziz, dəyərli olduğunu xüsusi qeyd edib.  Rayon Ağsaqqallar Şurasının sədr müavini, yubilyarın yaxın qohumu Tariyel Əsədov, 3 nömrəli məktəb-liseyin müəllimi, Əyyub Əzizovun tələbəsi  olmuş Sevda  İsmayılova da çıxış edərək xoş xatirələrini, təbriklərini söyləyiblər.
Daha sonra Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı  Rafil Hüseynov çıxış edib. O, Əyyub Əzizovun bir alim kimi fəaliyyətini yüksək dəyərləndirib, həmçinin bir insan kimi hər kəsin qəlbində böyük yer tutduğunu xüsusi qeyd edərək 100 illik yubileyini də Ağcabədidə qeyd etməyi arzulayıb və Ağcabədi Rayon İcra Hakimiyyətinin Fəxri fərmanını ilə qiymətli hədiyyəni yubilyara təqdim edib.
Tədbirdəalimin sevdiyi musiqilər ifa olunub, Mirzə Fətəli Axundov adına Ağcabədi şəhər 3 saylı məktəb liseyin şagirdləri tərəfindənşeir kompozisiyası təqdim edilib. 
Yekunda çıxış edənƏyyub Əzizov təşkilatçılara, həmçinin bütün ağcabədililərə öz minnətdarlığını bildirib. Onun məzmunlu çıxışı, kövrək xatirələri tədbr iştirakçılarına duyğulu anlar yaşadıb.Tədbir böyük alqışların sədası altında yekunlaşıb.

Mais İbrahimov