Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Mənim məhəbbətim sənlə başladı,

Etdiyim yaxşılıq məni daşladı,

Sadəlövh ürəyim səni xoşladı,

Bir dəfə üzümə güləndən sonra.

 

Bağbanı olmayan sevgi solurmuş,

Ağlayan göz yaşı qəlbə dolurmuş,

Onun da pul kimi qəlpi olurmuş,

Artıq çox gec idi, biləndən sonra.

 

İndi danışarsan mənlə bu tonda,

Nəsibin eyni cür olacaq sonda,

Neynəyim, dünyaya gəlmişəm onda,

Tanrı qismət payı böləndən sonra.

 

Hər kəsin öz yeri dolmayacaqdır,

Neynəsən faydası olmayacaqdır,

Kim deyir daşlar da solmayacaqdır,

İstəsən heykəl qoy öləndən sonra.

Məmməd Əvəzoğlu.10.01.2025