Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

23 dekabr 2024-cü il tarixdə Masallı rayonunun Ərkivan qəsəbəsində (Bağlakücə) Səxavət Fitat oğlu Əliyevə məxsus ümumi sahəsi 90 kvadratmetr olan kürsülü, birmərtəbəli 4 otaqlı evi yanmışdı. Baş vermiş yanğın zamanı ev tamamilə yanaraq yararsız vəziyyətə düşmüşdü. 
Çıxılmaz vəziyyətdə qalan Əliyevlər ailəsi üçün “Bağlakücə xeyriyyə qrupu”nun təşəbbüs və təşkilatçılığı, qəsəbə sakinlərinin dəstəyi ilə yeni fərdi yaşayış evi inşa edilir. 
Qısa müddət ərzində evin daş-hörgü işləri sona çatıb. 
Yaxın vaxtlarda tikinti işlərinin başa çatdırılaraq evin ailəyə təhvil verilməsi nəzərdə tutulub.

Akif AĞAYEV