Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

14-19 yanvar günlərində gənc boksçular arasında seçmə xarakterli Azərbaycan çempionatı keçiriləcək. Azərbaycan Boks Federasiyasından (ABF) verilən məlumata görə Bakı Boks Mərkəzində təşkil ediləcək bu çempionatda ölkənin müxtəlif regionlarından olan 64-ə qədər klub və idman cəmiyyətinin tərkibində 278 oğlan və 26 qız rinq döyüşünə çıxaraq mükafatlar uğrunda mübarizə aparacaq. Yarışın proqramına əsasən oqlanlar 13, qızlar isə cəmi 2 çəki dərəcəsində döyüşəcəklər. Reqlamentə görə, hər çəkidə ilk 3 yeri tutan boksçular ölkə yığmasına cəlb edilərək il boyu ölkəmizi beynəlxalq turnirlərdə təmsil etmək hüququ qazanmış olacaqlar. 

Qeyd edək ki, birinciliyin açılış mərasimi saat 12:00:da olacaq. 12:15-də isə döyüşlərə start veriləcək.

İNTİQAM Məmmədov