Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Deputat:

Hicab qanunu qeyri-insani və əxlaqsızdır

Məcburi hicab qanunu İranda faciəyə səbəb ola bilər.

Bunu İran parlamentinin keçmiş üzvü, islahatçı siyasətçi Morteza Alviri deyib.

O, “İffət və hicab haqqında” qanunu kəskin tənqid edərək, onu qeyri-insani və əxlaqsızlıq adlandırıb.

Alvirinin sözlərinə görə, qanun hətta dini qurumların fikirləri ilə də ziddiyyət təşkil edir, çünki yaşlı qadınlar və dini azlıqların hicab taxması tələb olunmur.

“Hicab taxmaqdan imtinaya görə külli miqdarda maliyyə cərimələrindən və həbsdən istifadənin də heç bir dini əsası yoxdur”, - deyə siyasətçi vurğulayıb.