Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirilib.
31.05.2025

Sumqayıt şəhərində yerləşən Muğam Mərkəzində görkəmli şair, filologiya elmləri doktoru, professor, Əməkdar mədəniyyət işçisi Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirilib.
   Tədbirdə öncə Əməkdar artist Rauf Ağakişiyevin ifasında şairin "Bir dəqiqəlik sükut" şeirinin sədaları altında Vətən torpaqlarının bütövlüyü uğrunda canlarından keçən oğullarımızın ruhu yad edilib.
 Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin birinci müavini Teymur Səmədov, Qubadlı rayon İcra Hakimiyyətinin birinci müavini Allahverdi Haqverdiyev, şairlərdən- Prezidentin fərdi təqaüdçüləri Ofelya Babayeva, Əşrəf Veysəlli, filologiya elmləri doktoru, professor Avtandil Ağbaba, Naxçıvan Muxtar respublikasının Əməkdar müəllimi, filologiya üzrə fəlsəfə doktoru Seyfəddin Eyvazov çıxışlarında Rafiq Yusifoğlu yaradıcılığı, şəxsiyyəti və poeziyasından söz açıblar.
 Qubadlı rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haqverdiyev tədbirdə çıxış edərək Rafiq Yusifoğluna Qubadlı Rayon İcra Hakimiyyətinin bsşçısı cənab Malik İsaqovun təbrikini çatdırıb və qiymətli hədiyyələr təqdim olunub.
  Sonra, Milli qəhrəman Polad Həşimov adına 28 saylı tam orta məktəbin, Qubadlı rayonunun Xıdırlı kənd tam orta  məktəbinin şagirdlərinin ifasında şairin sözlərinə bəstələnmiş mahnılar və şeirlərindən ibarət kompozisiyalar səsləndirilib.
  Yubliyar tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirərək yeni şeirlərini oxuyub. Sonda isə xatirə şəkilləri çəkdiriblər.
   Rafiq Yusifoğlunu 75 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirik, ona can sağlığı, yaradıcılığına uğurlar arzulayırıq! 

FOTOLAR   Şakir Rəhmanındır