Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Təhqir və söyüş ustası GÜLNARƏ SƏFƏROVAYA qarşı məhkəmə prosesi başlandı

Son günlər Mədəniyyət Nazirliyi tərəfindən keçirilmiş attestasiya imtahanında musiqi məktəblərinin müəllimlərinin haqsızcasına kəsilməsi ilə bağlı mediada kifayət qədər məlumatlarla tanış olmuşuq. (https://azpress.az/home/show-news2883
 

Bu mövzu yenə gündəmdədir. Belə şikayətlərdən biri də Ə.Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbində fortepiano müəlliməsi Kərimova Mahirə Mahir qızına məxsusdur. İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələb irəli sürərək, hüquqlarının pozulduğunu vurğulamışdır. Mahirə Kərimova 21 ildir Bakı şəhəri Ə.Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbində fortepiano müəlliməsi işləyir. Şikayətçi müəllimə iddia edir ki, 2024-cü ilin 24 dekabrında Bakı şəhər 12 saylı musiqi məktəbinin direktoru Gülnarə Səfərova həmin məktəbə icraçı direktor təyin edildikdən sonra kollektivin “qara günləri” başlayıb. Hətta icraçı direktor Gülnarə Səfərova müəllimləri, o cümlədən Mahirə Kərimovanı davamlı şəkildə valideyn və şagirdlərin yanında təhqir və təhdid etmiş, etikadan, mənəviyyatdan, milli dəyərlərdən uzaq, qanunsuz fəaliyyətlə məşğul olmuşdur.  Yeni direktor təyin edildikdn iddiaçıya qarşı dəfələrlə xoşagəlməz hallar yaşanıb. 

İddiaçı qeyd edir ki, əvvəlki dövrdə testlə keçirilən attestasiyada ən yüksək nəticə göstərərək 5 bal alıb. Qeyd edə bilərik ki, müəllimənin tələbələri Ümumilli lider Heydər Əliyevin 101 illiyinə həsr edilmiş konsertdə uğurla çıxış ediblər (fotolar aşağıdadır). Lakin icraçı direktor Gülnarə Səfərova 21 ildir tam professional müəllimə Mahirə Kərimovaya qarşı qərəzli mövqe irəli sürmüşdür. 10.03.2025-ci il tarixində keçirilən attestasiyada yüksək səviyyədə bilik və bacarıqlarımı nümayiş etdirməsinə baxmayaraq, 10-15 dəqiqəlik "iclas"dan sonra "uyğunsuz" hesab edilib. Nəticədə attestasiya komissiyasının qeyri-obyektiv və əsassız qərarına əsaslanaraq, fürsəti əldən verməyən icraçı direktor Gülnarə Səfərova, şikayətçi müəlimə ilə bağlanmış əmək müqaviləsinə 07 aprel 2025-ci il tarixində, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə qanunsuz şəkildə xitam verilib. 
21 illik savadlı müəllimə bir neçə dəqiqədə savadsız oldu...
Bununla əlaqədar 04.06.2025-ci il tarixində  Bakı Şəhəri Səbail Rayon Məhkəməsində hazırlıq prosesi keçirilib. Məhkəmə prosesində iddiaçı və qarşə tərəf dinlənilib. İddiaçı tərəfi məhkəməyə sübütlar (foto, video, səs yazısı) əlavə edib. Mahirə Kərimova Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsi ilə hüquqlarının pozuduğunu məhkəməyə təqdim etmişdir. Hakim isə videoya baxılmadan nəyəsə qərar verməyin düzgün olmadığını və buna görə də Mədəniyyət Nazirliyinə məktub göndərilməli, videogörüntülər məhkəməyə təqdim edilməli, eləcə də  nazirlik nümayəndəsinin gələcək məhkəmə prosesində iştirakını tələb etmişdir. 

Ümid edirik ki, nazirlikdən gələn video görüntülər original şəkildə, heç bir montaj edilmədən məhkəməyə təqdim ediləcəkdir. Əks halda ekspertiza təyin edilməli və həqiqət, ədalət ortaya çıxmalıdır!

QEYD: 

  1. Bildirmək istərdik ki, ehtiyac olarsa, məktəbin direktoru Gülnarə Səfərovanın iddia edilən söyüş və təhqirləri barədə səs yazılarını növbəti məhkəmə proseslərindən sonra təqdim etməyə hazırıq.
  2. Redaksiya qarşı tərəfin də məsələ ilə bağlı mövqeyini yayımlamağa hazırdır.