Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Kişi basketol klublarının mubarizə apardığı ABL-da (Azərbaycan Basketbol Liqası) 9-cu turdan təxirə salınmış oyun keçirilib. Söhbət Bakı İdman Sarayında baş tutan və 20 xal fərqiylə bitən "Naxçıvan"-"Abşeron" görüşündən gedir - 102:82 (34:21, 15:13, 17:27, 36:21). 

Bu oyundan bir gün öncə isə Şəkinin eyniadlı klubu doqma divarlar arasında "Lənkəran"ı qəbul edib. Oyun qonaq komandanın 29 xal fərqli qələbəsi ilə bitib - 82:111 (24:27, 13:27, 20:32, 25:25). Digər oyunlara gəlincə, " Gəncə" "Sumqayıt" klubunu evdə 98:79 (20:17, 31:17, 30:25, 17:20), "Ordu" isə qonaq etdiyi "Quba"ni 81:74 (19:17, 24:16, 12:25, 26:16) hesabla məğlub edib. 

Yanvarın 15-də isə 9-cu tur çərçivəsində "Şəki" klubu "Gəncə"ni (saat 14:00), "Sumqayıt"sa "Quba" klubunu qəbul edəcək (saat 19:00).

İNTİQAM Məmmədov