Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Dünən kişi voleybolçulardan ibarət klubların mübarizə apardığı Azərbaycan çempionatının Yüksək Liqasında 5-ci тurun oyunları keçirilib. Turun mərkəzi oyununda yarış cədvəlinə liderlik edən "Murov Az Terminal"la "Neftçi" qarşılaşıb. Oyun birincinin quru hesabli qələbəsi ilə başa çatıb - 3:0 (25:18, 25:18, 25:21). Bu qələbədən sonra "Murov" yarış cədvəlində liderlik mövqeyini möhkəmləndirib. 

Tur çərçivəsində keçirilən "Gənclər"-"Azərreyl" matçında ikinci qalıb gəlib - 0:3 (16:25, 6:25, 13:25).

Daha bir oyunda isə "Xilasedici" MOİK-i üstələyib - 3:0 (25:14, 25:22, 25:14).

Yanvarın 15-də isə qadınların analoji yarısında 6-ci turun oyunları keçiriləcək. 

"Abşeron"-"Gəncə" (Bakı Voleybol Mərkəzi, 16:00);

"Azərreyl"-"MAA" (Bakı Voleybol Mərkəzi, 18:00);

UNEC - "Murov Az Terminal" (UNEC idman zalı, 17:00).

İNTİQAM Məmmədov