Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Məmməd Əvəzoğlu:

Dildarəm mən

Eşq əgər yoxdu, nədən eşqə giriftaram mən,

Eşqi inkar eləyən naqisə inkarəm mən.

 

Dolanır Ay da Yerin başına pərvanə kimi,

Deyir Allah çırağı:hamınıza yarəm mən.

 

Yer özü cəzb eləyir göylərin hər damlasını,

Bu böyük cazibədən yerdə xəbərdarəm mən.

 

Eşqi Allah bütün aləmlər üçün nazil edib,

Deyir: Allah tanıyanlar bilir, əsrarəm mən.

 

Qəzəbin zəlzələ, vulkan ilə,tufanla deyir,

Ərz edir, varsa məhəbbət, orada varəm mən.

 

Sən ki söndürdün ürəklərdəki eşq atəşini,

Ol səbəbdən,düşün insan, belə qəmxarəm mən.

 

O böyük eşqi Məhəmməd hələ də hifs eləyir,

Söyləyir, hamı ilə sevgili, dildarəm mən.

Məmməd Əvəzoğlu.08.06.2025.