Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Mərkəz hücumçusu axtarışlarını davam etdirən "Qarabağ" klubu fransalı futbolçu ilə yaxından maraqlanıb.

"Qarabağ" Varşavanın "Legiya" klubunun hücumçusu Migel Alfarelanı transfer etmək istəyir.

Polşa klubunun 27 yaşlı futbolçusu üçün adı açıqlanmayan Fransa klubundan da təklif gəlib.

Alfarela ötən yay 1 milyon avroya Fransanın "Bastiya" klubundan "Legiya"ya keçib. Onun paytaxt təmsilçisi ilə müqaviləsi 2027-ci ilə qədərdir.