İnsan metapnevmovirusu (hMPV) ilk növbədə öskürmə və ya asqırma, yoluxmuş şəxslə birbaşa təmas və ya çirklənmiş səthlərə toxunma zamanı tənəffüs damcıları vasitəsilə yayılır.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyi bildirib.
“Əksər hallarda virus soyuqdəyməyə bənzər yalnız yüngül simptomlara səbəb olur. Lakin gənc uşaqlar, zəifləmiş immun sistemi olan insanlar və yaşlı insanlar, xüsusən də artıq astma, xroniki obstruktiv ağciyər xəstəliyi və ya amfizem kimi ağciyər xəstəlikləri olanlar, ağır nəticələrə daha çox məruz qala bilərlər”, - məlumatda deyilir.