Bakıda yol kənarlarında, insanların sıx olduğu küçələrdə , avtobus dayanacaqları ətradında yeməklər satılan yerləri tez-tez görürük. Ətri ilə insanları özünə cəlb edən təhlükənin insan sağlamlığı üçün hansı riskləri var?
Bununla bağlı Fəridə Aslanova özünün "Facebook" sosial şəbəkəsində paylaşım edib.
AZpress.AZ həmin paylaşımı təqdim edir:
"Kiminsə çörəyinə bais olmaq istəmirəm, amma Sabunçu yerüstü keçidinin yanındakı yeməkxanalar kababı düz yolun ortasında bişirirlər.
Maşınların toz-dumanı, tüstüsü altında və üstünə heç bir qoruyucu örtük salmadan manqalda kabab bişirmək nə dərəcədə doğrudur?
Acından ölərəm, son ümidim o kabab ola, yemərəm.
Qida təhlükəsizliyimiz bu səviyyədə qorunur?
Mən hüceyrə, molekul, zərrəçik və s. sözlərini işlətməkdən hamını bezar etmişəm. Vallah, müasir dövrün müxtəlif xəstəliklərinin mənbəyi açıq gözlə aydın görünən problemlərdən çox, nəzərəçarpmaz və əhəmiyyət vermədiyimiz belə səbəblərdən qaynaqlanır.
Kabab bizim ən gözəl milli mətbəx nümunəmizdir, ta yolun ortarında, onu necə gəldi, alaçiy, yarım-yapalaq bişirməklə deyil də...
Mən ölü, siz diri, baxın də, zəhmət olmasa, avtobusla manqal arasındakı məsafəyə! Olmadı belə, oldu elə. Dünya bir qığılcımdan doğan odun əsiridir həftələrlə. Küləklər şəhərində də nə olar, nə olmaz!
Məndən demək...
Deyingənin bugünü qeydlərindən..."
Foto aşağıda təqdim edilir:
