“Qəbələ - İdman Paytaxtı 2025” tədbirinin açılış mərasimi olub
“Qəbələ - İdman Paytaxtı 2025” tədbirinin açılış mərasimi olub.
Tədbirdə Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abbasova, Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova, gənclər və idman naziri Fərid Qayıbov və başqaları çıxış ediblər.
Sonra “İdman Paytaxtı”nın rəmzi açarı Qubadan Qəbələyə təhvil verilib, rayon idmançıları haqqında videoçarx da nümayiş olunub.
Sonda loqo və şüar müsabiqəsinin qalibləri Aynurə Qurbanova və Fərid Əliyev mükafatlandırılıb. Mükafatları “idman elçiləri” Aliyə Paşayeva və Rüstəm Orucov təqdim ediblər.
Tədbir müğənni Mərdan Kazımovun ifasında konsert proqramı ilə davam edib.