Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Yanvarın 15-də YAP Ağcabədi rayon təşkilatının təsis edilməsinin 30-cu ildönümü münasibətilə yubley tədbiri keçirilib.Tədbirdə YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov,  Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və Humanitar məsələlər söbəsinin müdiri Vüsalə Məmmədova, partiya veteranları və  rayon ictimaiyyəti iştirak ediblər.  İştirakçılar əvvəlcəÜmummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək onun əziz xatirəsini ehtiramla yad ediblər.
"AZpress.AZ" İnformasiya Agentliyinin "AZpressTİMES.info" saytının bölgə müxbiri xəbər verir ki, YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov tədbiri açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Partiyanın banisi Ulu öndər Heydər Əliyevin, eləcə də dünyasını dəyişmiş partiya üzvlərinin və ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla  yad edilib.
Bundan sonra Yeni Azərbaycan Partiyasının yaranması, keçdiyi keşməkeşli, eyni zamanda partiyanın uğurlu yolundan bəhs edən film nümayiş olunub. 
Rövşən Əhmədov məruzə ilə çıxış edərək qeyd edib ki, Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının təsis edilməsinin 30 ili tamam olur. Təşkilatın yaranması heç də asan olmamışdır. 1988-1993-cü illərdə ölkənin hər yerində olduğu kimi Ağcabədi rayonunda da hərci-mərclik, xaos, hakimiyyətsizlik baş alıb gedirdi. Rayon əhalisi qorxu və təlaş şəraitində yaşayır, sabahkı günə ümid bəsləmirdilər. Torpaqlarımız da ardıcıl olaraq erməni silahlı qüvvələri tərəfindən işğal olunurdu. Belə çətin məqamda,  1993-cü ilin mart ayının 8-də 12 nəfərin iştirakı ilə təşəbbüs qrupu yaradılaraq partiyanın rayon təşkilatını təsis etmək üçün ciddi fəaliyyətə başlanıldı.Təşkilat komitəsinin üzvləri təhqirlərə, hədə-qorxulara və təzyiqlərə məruz qalsalar da 1993-cü ilin sonuna kimi 12 ilk təşkilatda 167 nəfər partiya üzvünü birləşdirməyə müvəffəq oludlar. 
Qürur hissi ilə vurğulayıb ki, həmin qarışıq zamanda bütün çətinliklərlə sinə gərərək yaradılan YAP Ağcabədi rayon təşkilatı bu gün 88 ərazi təşkilatında 16520 nəfər partiya üzvünü özündə birləşdirir. 
O da qeyd olunub ki, Ağcabədi rayon partiya təşkilatı YAP Mərkəzi təşkilatının yaxın köməkçisi olmuş, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin və Mərkəzi Aparatın bütün göstərişlərini, tövsiyyələrini vaxtında və layiqincə yerinə yetirmişdir. 
Məruzə ətrafında çıxış edənlər –Mirzə Fətəli Axundov adına şəhər 3 saylı məktəb-liseyin müəllimi, partiya fəalı Vüsalə Muradova, Hacıbədəlli kənd tam orta məktəbin direktoru, Ərazi Partiya Təşkilatının sədri Feyzulla Feyzullayev,  Ağcabədi şəhər 2 saylı orta məktəbin müəllimi, Ərazi Partiya Təşkilatının sədri Mehdi Məmmədov partiya üzvlərini əlamətdar gün münasibətilə təbrik ediblər,doğma partiyanın  şərəfli yolu haqqında öz fikirlərini tədbir iştirakçıları ilə bölüşüblər.
Yubiley tədbirində partiyanın həyatında  fərqlənən YAP fəalları və partiya veteranlarının bir qrupuna YAP Ağcabədi rayon təşkilatının Fəxri Fərmanları təqdim edilib. 
Tədbir YAP-nın Himninin səsləndirilməsi ilə başa çatıb. 
Sonda xatirə şəkilləri çəkilib.

Mais İbrahimov