Yanvarın 17-də ARAF (Azərbaycan Respublikasının Atçılıq Federasiyası) tərəfindən 2024-cu ilin yekunlarına həsr olunmuş tədbir keçirilib. Tədbirdə ARAF-in prezidenti Elçin Quliyev və Gənclər İdman Naziri Fərid Qayıbov, federasiyasının idarə heyətinin üzvləri və eləcə də dəvətli qonaqlar iştirak ediblər. Gənc nəslin sağlam ruhda yetişdirilməsi üçün ölkə başçısı İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkəmizdə idmanın inkişafına göstərdiyi diqqət və qayğı ARAF prezidenti E.Quliyevin açılış nitqində xüsusi olaraq, vurqulanib. E.Quliyev milli idman irsinin inkişaf etdirilərək beynəlxalq səviyyədə uqur qazanmaq və ölkəmizdə atçılıq idmanını daha da geniş yaymaq üçün səy gostəriləcəyinə əminlik ifadə edib. Tedbirin davamında qurumun baş katibi Bəhruz Nəbiyev tərəfindən müxtəlif nominasiyalar üzrə 2024-cu ilin ən yaxşıları mükafatlandırılıb:
- İlin ədalətli idman hakimi - Zaur Tahirov;
- Cıdır üzrə ilin jokeyi - Hilal Nəzərov;
- Cıdır üzrə ilin Qarabağ atının yetisdiricisi - Buta Qolden Atçılıq Klubu;
- Cıdır üzrə ilin Dilbaz atının yetisdiricisi - Xan-xan Atçılıq Klubu;
- Çövkən üzrə ilin klubu - "Sərhədçi";
- Çövkən üzrə ilin oyunçusu - Samir Pirimov;
- Konkur üzrə ilin idmançısı - Seyid Musayev;
- Konkur üzrə ilin xanım idmançısı - Aydan Ağayeva;
- Konkur üzrə ilin məşqçisi - Seyid Musayev;
- Konkur üzrə ilin gənc idmançısı - Leyla Mırzəyeva;
- Konkur üzrə ilin Klubu - "Elit" Atçılıq İdman Klubu;
- Gənclər arasında ilin klubu - Respublika Atçılıq Məktəbi;
- Yorğa atçılıq üzrə ilin at sahibi - Elməddin Cabbarov;
- Yorğa Atçılıq üzrə ilin çaparı - Xəlil Allahverdiyev;
- Dresaj üzrə ilin idmançısı - Aydın Əlibəyov;
- İlin baytar həkimi - Məhəmməd Musayev;
- İlin idman telekanalı - CBC TV;
- İlin şərhçisi - Ramiz Mirzəzadə;
- Çövkən üzrə ilin baxmalı qolunun sahibi - Rusif Əliyev;
- Dersaj üzrə ilin xanım idmançıları - Aqata və Karına Zəhrabeyovalar.
Mükafatlandırmadan sonra Nazir Fərid Qayıbov çıxış edib.
Tədbirin ikinci yarısında isə 2025-ci ildə ARAF-in qarşısında qoyulan planlar müzakirə edilib.
Tədbir iştirakçıları 2024-cu ilin yekunlarını qeyd edərək, növbəti ildə yeni zirvələrə çatmaq əzmini ifadə ediblər.
İNTİQAM Məmmədov
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)