Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Azərbaycan Milli İncəsənət Muzeyində “Faciənin fotosu” sənədli filminin nümayişi keçirilib +FOTO=26

 

18 yanvar 2025-ci il tarixində Azərbaycan Milli İncəsənət Muzeyində 20 Yanvar –Ümumxalq Hüzn Gününün 35-ci ildönümünə həsr olunmuş "Faciənin fotosu" adlı film nümayişi keçirilib.

Əvvəlcə, AFB-nin heyəti Şəhidlər xiyabanına gedərək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anmış, məzarları üzərinə qərənfillər düzmüş, “Əbədi məşəl” abidəsinin önünə əklil qoymuşlar.

Film Azərbaycan Fotoqrafları Birliyi (AFB) tərəfindən hazırlanmışdır. Tədbirdə Azərbaycanın ərazi bütövlüyü və azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Filmin ideya müəllifi Fərqanə Qasımlı, operatoru və montajçısı isə Ayaz Mikayılzadədır. Filmin lahiyyə rəhbəri  AFB-nin təsisçisi Mirnaib Həsənoğlu filmin ərsəyə gəlməsi ilə bağlı ətraflı məlumat təqdim edib. Araşdırmalar nəticəsində məlum olub ki, 30 il əvvəl çəkilmiş fotoların təxminən yarısı itirilib.

Filmdə AFB, ARTFAKTOR agentliyinin və fotoqrafların şəxsi arxivlərindən olan fotoları saxlayan insanların düşüncələri əks olunub. Onlar film boyunca keçirdikləri hisslər və o dövrdə baş verən hadisələri paylaşmışlar. Film nümayişində həmin kadrları lentə alan Rasim Sadıqov, Ağaəli Məmmədov və Mirnaib Həsənoğlu da iştirak ediblər.

Fotolar RƏŞAD ORUCOĞLUNA məxsusdur