Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"Sabah"la "Şəki" yenidən liderliyə yüksəlib 

Kişi basketbol klublarının mübarizə apardığı ABL-da (Azərbaycan Basketbol Liqası) B qrupunda baş tutan iki oyunla 11-ci tura yekun vurulub. Turun con hər iki oyunu əyalətdə baş tutub. Şəki Olimpiya İdman Kompleksində (OİK) eyniadlı klub "Quba"nı məğlubiyyətə uğradıb -- 78:56 (20:17, 15:23, 20:10, 23:6). Bu qələbədən sonra "Şəki" B qrupunda yenidən liderliyi ələ alıb. 

Daha bir oyun isə Lənkərandakı OİK-də yerli klubla "Gəncə" arasında baş tutub. Həmin oyunda isə qonaq komanda qələbə qazanıb - 66:79 (21:18, 9:19, 16:23, 20:19).

Turun əvvəl keçirilən digər oyunlarında isə aşağıdakı nəticələr qeydə alınıb: "Sabah" - "Sərhədçi" - 85:78, NТД – "Abşeron" - 87:77, "Naxçıvan" - "Neftçi" - 63:73, "Ordu" - "Sumqayıt" - 89:82.

Komandaların hazırkı turnir cədvəli belədir: 

A qrupubnda:

Коmanda
O
Q
M
   TF
X
sabah
11
9
2
+135
20
Naxçıvan
11
8
3
+49
19
Neftçi
11
5
6
-12
16
Sərhədçi
11
5
6
-13
16
Аbşeron
11
4
7
-51
15
NTD
11
2
9
-108
13

 

B qrupunda: 

Коmanda
O
Q
M
   TF
X
Şəki
11
9
2
+157
20
Gəncə
11
8
3
+130
19
Оrdu
11
8
3
+125
19
Sumqayıt
11
3
8
-131
14
Quba
11
3
8
-75
14
Lənkəran
11
2
9
-206
13

İNTİQAM Məmmədov