Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) İtaliya çempionatını dünyanın ən güclü liqası adlandırıb.
İtaliya A Seriyasının 1992 xalı var. Reytinqdə ikinci yerdə İspaniya çempionatı (La Liqa) olub - onların 1885 xalı var. İlk üçlüyü İngiltərə Premyer Liqası (1871) tamamlayır. Almaniya çempionatı reytinqdə beşinci (1606), Fransa Liqası isə səkkizinci (1125) yeri tutub.
IFFHS ötən ilin nəticələrinə əsasən "Real Madrid"i ən yaxşı klub adlandırıb.