Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Yanvarın 20-si Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM), "İRƏLİ" İctimai Birliyi, "CƏNGİ" Gənclər Birliyi və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

AZpress.AZ xəbər verir ki, tədbirdə Vahid Mustafayev tərəfindən çəkilmiş "Qanlı Yanar" filmi və fotomüxbir Rasim Sadıxovun 20 Yanvar faciəsi ilə bağlı fotoşəkillərindən ibarət sərgi nümayiş olunub. 20 Yanvar hadisələrinin iştirakçısı olman rejissor filmdə real hadisələri canlandırmağa çalışıb.

20 Yanvar Azərbaycan xalqı üçün unudulmaz tarixdir. Qan yaddaşımıza əbədi həkk olmuş bu qanlı faciə tariximizin özündə qəhrəmanlıq ehtiva edən unikal səhifədir.

AZPRESS.AZ tədbirdən fotoları təqdim edir:

Xeyransa İsmayılova