Cüdoçularımız Belçika turnirinə qatılacaqlar
25-26 yanvar günlərində Belçikanın Vize şəhərində kişi və qadınlar arasında cüdo üzrə açıq beynəlxalq turnir keçiriləcək. İki gün davam edəcək turnirdə Azərbaycan 12 çəki dərəcəsində 27 tatami ustası ilə təmsil olunacaq. Heyətdə qadınlardan Leyla Əliyeva, Könül Əliyeva, Şəfa Həmidova ( hamısı 48 kq), Aydan Vəliyeva, Xədicə Qədəşova, Fidan Qasımova (hamısı 52 kq), Aceliya Toprak, Fidan Əlizadə, Aytən Verdiyeva ( hamısı 57 kq), Nərgiz Hacıyeva (63 kq), Könül Həsənli, Südabə Ağayeva (hər ikisi 70 kq) və Nigar Süleymanova (+78 kq), kisilərdənsə Murad Muradlı (60 kq), Elşən Əsədov, Nazır Talıbov ( hər ikisi 66 kq), Nəriman Mirzəyev, Qədir Hüseynov, İbrahim Əliyev, Aydın Rzayev, Rüfət Dövlətov (73 kq), Məhərrəm İmamverdiyev, Kərim Allahverdiyev, Süleyman Şükürov (hamısı 81 kq), Nihad Şıxəlizadə (100 kq), İmran Yusifov və Camal Feyziyev (hər ikisi +100 kq) yer alıb.
Ümumiyyətlə, sözügedən turnirdə 24 ölkədən 800-dək tatami ustası medallar uğrunda mübarizə aparacaq.
İNTİQAM Məmmədov