Hümbət Quliyev: “İndi” haqqında
İnsan üçün ən vacib olan “indi” dir.
İnsan həmişə “ indi” də yaşayır. Onun özü də, olan hər şeyi də “ indi” də mövcuddur.
İnsan üçün ən böyük sərvət də “ indi” anıdır. Zaman insan üçün yalnız “ indi” lərdən ibarətdir. İnsanın həyatı, onun keyfiyyəti məhz insanın öz “indi” lərindən necə istifadə etməsindən asılıdır. Uğur və xoşbəxtlik də elə onun “indi” lərinə münasibətinə bağlıdır.
İnsan hər “indi” sinin qədrini bilsə, hər “indi”sini dəyərləndirə bilsə, özü də dəyər qazanır.
Elə indi siz mənim yazımı oxuyursunuz, özünüz üçün məhz “indi” oxuduğunuzdan nəsə götürə bilsəniz, gələcək “indi” ləriniz üçün də faydalı olar.
İndi sağollaşmağın vaxtı gəldi.
“ İndi” lərinizi qiymətləndirməyi bacarın.
Hümbət Həsənoğlu