Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Hitlerin evi polis bölməsinə çevriləcək

Avstriya hökuməti Adolf Hitlerin doğulduğu Braunau am İnn şəhərində yerləşən evini polis bölməsinə çevirmək qərarına gəlib.

Bu barədə informasiyanı “The New York Times” nəşri yayıb.

20 milyon avro (21,75 milyon dollar) dəyərində olan bina 2026-cı ilə qədər polisin istifadəsinə veriləcək.

Bu qərar yerli sakinlər və tarixçilər arasında müzakirələrə səbəb olub. Hitlerin həyatının ilk aylarını keçirdiyi Salzburger Vorstadt 15 ünvanındakı ev uzun müddətdir mübahisə mövzusu olub.

2017-ci ildə bina hökumət tərəfindən sui-istifadənin qarşısını almaq üçün milliləşdirilib.
Bərpa işlərinə və memarlıq dəyişikliklərinə baxmayaraq, çoxları evin Avstriyanın nasist rejimindəki rolunu əks etdirən muzey və ya təhsil məkanına çevrilməsinin tərəfdarıdır. Bu da Avropada antisemitizm və ifrat sağ hərəkatların artması fonunda xüsusilə vacibdir.