Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

 "Şəki" B qrupunda liderliyə yüksəlib 

Yanvarın 15-də kişi basketol klublarının mubarizə apardığı ABL-in (Azərbaycan Basketbol Liqası) B qrupunda təxirə salınmış daha iki oyun keçirilib və bununla da 10-cu tura yekun vurulub. İlk olaraq "Sumqayıt" klubu doğma divarlar arasında "Quba"nı qəbul edib. Görüş ev sahibinin rekord hesablı qələbəsi ilə başa çatıb - 126:90 (28:20, 29:22, 34:28, 35:30). Matçın ən yaxşı oyunçusu adına Sumqayıt təmsilçisi Zayon Yonq (41 xal) layiq görülüb.

Günün digər oyunu Şəkidə eyniadlı klubla "Gəncə" arasında baş tutub. Qarşılaşmada 72:66 (17:12, 18:23, 22:16, 25:15) hesabla qalib gələn "Şəki" B qrupunda liderliyi ələ alıb. Matçın ən yaxşı oyunçusu adına isə 21 xalla yadda qalan Rotarius Var ("Səki') layiq görülüb. 

Yeri gəlmişkən, ABL-da 11-ci turun oyunları 17-19 yanvar günlərində keçiriləcək. 

Komandaların turnir vəziyyəti:

A qrupunda: Naxçıvan, Sabah - hərəyə 18 xal, Sərhədçi - 15 xal, Neftçi, Abşeron - hərəyə 14 xal, NTD - 11 xal;

B qrupunda: Şəki - 18 xal, Ordu, Gəncə - hərəyə 17 xal, Quba, Sumqayıt - hərəyə 13 xal, Lənkəran - 12 xal.

İNTİQAM Məmmədov