Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

Ağaddin Babayev:

Uşaq tamaşasına daxili baxış keçirilib 

Aprelin 26-da Lənkəran Dövlət Dram Teatrında "Yalançı şahzadə" tamaşasına daxili baxış keçirilib.
Tamaşada Kralın rəssam oğlunun başına gələn hadisələrdən bəhs olunur. Kralın taxt-tacına sahib çıxmaq istəyən meşə qulduru hiylə ilə saraya yol tapır. Lakin Kralın oğlu quldurun bu istəyinin gerçəkləşməsinə mane olaraq "yalançı şahzadə"nin arzusunu ürəyində qoyur  və təkbətək mübarizədə onu məğlub edir.
Son nəticədə Kral möhürünü oğluna təhvil verərək onu taxta otuzdurur.
Məktəblilər üçün nəzərdə tutulmuş tamaşanın səhnələşdiricisi və quruluşçu rejissoru Tərlan Abdullayev, quruluşçu rəssamı Fuad Babazadə, musiqi tərtibatçısı Fərahim Fərəcov, geyim rəssamı Güli Süleymanlıdır. 
Rolları  Allahverən Babayev (Kral), Səyad Əliyev (Meşə qulduru), Saleh Əzimzadə (Rəssam şahzadə), Ayşən Əsədova (Kralın qızı), Təranə Əzizova (Qulluqçu), Amil İbrahimli (Tutuquşu), Rauf Zeynalov (Kralın mühafizəçisi) və Nizami Qurbanov (Kralın nökəri) ifa ediblər.
Tamaşa mayın 7-də azyaşlı sənətsevərlərin ixtiyarına veriləcək.