Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Türkiyə və Belçika “dron koalisiyasına” qoşulur

Latviya və Böyük Britaniyanın birgə rəhbərlik etdiyi beynəlxalq “dron koalisiyasının” rəhbər komitəsinin Riqada keçirilən iclasında Belçika və Türkiyənin bu təşəbbüsə qoşulması təsdiqlənib.

Bu barədə Latviya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. “Riqadakı Dron Koalisiyasının Beynəlxalq Rəhbər Komitəsi Belçika və Türkiyənin Latviya və Böyük Britaniyanın birgə rəhbərlik etdiyi beynəlxalq pilotsuz uçuş aparatları koalisiyasına qoşulmaq istəklərini dəstəkləyib”, - rəsmi məlumatda deyilir.

Yeni genişlənmə nəzərə alınmaqla, indi koalisiyaya 20 ölkə daxildir: Latviya, Böyük Britaniya, Ukrayna, Avstraliya, Belçika, Çexiya, Danimarka, Fransa, Estoniya, İtaliya, Yeni Zelandiya, Kanada, Litva, Lüksemburq, Hollandiya, Norveç, Polşa, Türkiyə, Almaniya və İsveç. Koalisiyaya üzv ölkələrin 2025-ci ildə Ukraynaya dəstək üçün ümumi maliyyə öhdəliyi 2,75 milyard avro təşkil edir. Bunun təxminən 180 milyon avrosu Böyük Britaniya tərəfindən idarə olunan tək pilotsuz təyyarələrin satınalma fonduna ayrılıb. Bu vəsait Ukrayna silahlı qüvvələrinə lazım olan pilotsuz təyyarələrin mərkəzləşdirilmiş qaydada alınması üçün nəzərdə tutulub.

“Dron koalisiyası”nın yaradılması təşəbbüsü 2024-cü ildə beynəlxalq “Ramşteyn” formatı çərçivəsində Rusiyanın təcavüzü qarşısında Ukraynanın müdafiə qabiliyyətini gücləndirmək məqsədi ilə irəli sürülüb.